Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu çağırılıb.
Newsport.az xəbər verir ki, bu “Qarabağ”ın yarımmüdafiəçisi Nicat Süleymanovdur. Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.