Gürcü futbolçu “Kəpəz”də

“Kəpəz”in transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Samtrediya”nın yarımmüdafiəçisi Giuli Manjqaladze Gəncə klubunun düşərgəsinə qoşulub. 26 yaşlı futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right