"Neftçi" daha bir legionerlə rəsmən vidalaşdı

Fransalı futbolçu Uqo Barqasın "Neftçi"dəki taleyinə rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, hücumçu "ağ-qaralar"ın sıralarını rəsmən tərk edib.

31 yaşlı futbolçu karyerasını Boliviyanın "Bluminq" komandasında davam etdirəcək. "Bluminq" Barqas üçün yad komanda deyil. Belə ki, mərkəz hücumçusu ötən il "Neftçi"yə məhz bu klubdan keçmişdi. Bundan əlavə, o, 2012/2013 mövsümündə də “Bluminq”in formasını geyinib.

Uqo Barqas "Neftçi"də ümumilikdə 30 oyunda 7 qola imza atıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right