Newsport.az-ın məlumatına görə, son olaraq "Keşlə"də çıxış edən cinah müdafiəçisi bu gün "ağ-qaralar"la sözləşmə imzalayıb. Müqavilənin şərtlərinə görə, təcrübəli futbolçu 2019-cu ilin yayına qədər paytaxt klubunun şərəfini qoruyacaq. Qırtımov "Keşlə"dən öncə "Simurq"da forma geyinib. 6 il Zaqatala klubunda oynayan müdafiəçi, 2015-ci ildə "Keşlə"yə keçib.
Qeyd edək ki, "Neftçi" bunadək Aqil Məmmədov və Fərid Abbaslını rənglərinə bağlayıb.