"Qarabağ" Ndlovunu satdı- 800 min avroya!

“Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirəcək. Həftələrdi davam edən danışıqlar bu gün uğurla yekunlaşıb.

2016-cı ilin yayında «Anortosis»dən transfer olunan cənubi afrikalı legioneri artıq “Hançjou Qrintaun”un yeni üzvü saya bilərik.

Asiya ölkəsinin birinci liqasında mübarizə aparan klub afrikalı forvardı tibbi baxışa dəvət edib. 

Newsport.az-ın məlumatına görə, transferin yaxın günləprdə açıqlanması gözlənilir.

CAR-lı forvard “Hançjou Qrintaun”la 2+1 illik müqavilə imzalayacaq.

Bu keçiddən «Qarabağ»ın nə qədər qazandığını dəqiqləşib. Belə ki, ağdamlılar yayda müqaviləsi başa çatacaq hücumçuya görə Çin klubundan 800 min avro əldə edəcək.

Dinonun özü isə hər mövsüm yarım milyon avro əldə edəcək. CAR yığmasının üzvünün Kipr komandasından 300 min avro müqabilində transfer olunduğunu xatırladaq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right