2017-18-ci illər mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Antalya şəhərində hazırlıq keçən “qırmızı-qaralar” qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb. Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq təmrinlərini icra ediblər. Meydanda keçirilən ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.