"Sumqayıt" futbolçu seçir

“Sumqayıt” Futbol Klubunun akademiyasına 6-12 yaş arası futbolçuların seçimi davam edir.

Newsport.az-ın məlumatına görə, oktyabr ayından keçirilən seleksiya günlərində hər həftə 50-dən artıq gənc futbolçu iştirak edir. Mövsüm boyu davam edəcək seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın akademiyasına cəlb olunacaq.

Seleksiya günləri hər şənbə və bazar günləri, saat 09:00-da “Kapital Bank Arena”da keçirilir. 6-12 yaş arası futbolçular müraciət edə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right