“Səbail” daha 3 futbolçu ilə vidalaşdı

Azərbaycan Premyer Liqasının debütantı “Səbail” transfer çalışmalarını davam etdirir.

Newsport.az saytının məlumatına görə, klub daha 3 yerli oyunçu ilə vidalaşıb. Belə ki, vaxtilə “Neftçi”də oynamış Emin Mehdiyev, AZAL və “Sumqayıt”ın sabiq üzvü Seymur Əsədov, eləcə də “Qəbələ”dən gələn Murad Musayevlə əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, hər üç futbolçu yayda "Səbail"ə cəlb olunmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right