"Keşlə" daha bir oyunçunu heyətinə qatmağı düşünür.
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunda çıxış edən Süleyman Krpiçə təklif göndərib. Lakin 27 yaşlı forvarda Qazaxıstanın "İrtış" və Makedoniyanın "Şkendiya" klubu da təklif göndərdiyindən, Bosniya və Herseqovina mətbuatının məlumatına görə Süleyman karyerasını "Şkendiya"da davam etdirməyə daha yaxındır.
Qeyd edək ki, Krpiç Bosniya və Herseqovinanın U-19 millisində çıxış edib. O, "Sloboda Tuzla"da 2017-ci ildən oynayır.