“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub.
Yanvarın 5-dən qonşu ölkədə olan “qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.
Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.