“Düşünürəm ki,oyunun ədalətlə nəticəsi bərabərlik idi”

“Qarabağ”la oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Buna görə də bu oyuna xüsusi hazırlaşmışdıq. Daim hücumda oynamağımıza baxmayaraq heç nədən qollar buraxdıq. Biz həmişə rəqibə yaxşı müqavimət göstəririk. Bu gün də öz oyunumuzu oynadıq. Qarşılaşma boyu oyunda təziq yaradan tərəf biz idik. Amma bəxtimiz gətirmədi. Üç  xalı qazanmağı çox istəyirdik. Düşünürəm ki,oyunun ədalətlə nəticəsi bərabərlik idi”.

Bu sözləri Newsport.az-a açıqlamasında “Xəzər Lənkaran” klubunun müdafiəçisi Rasim Ramaldanov -“Qarabağ”la  oyundan (2:3) sonra deyib.

Komandasının ilk qolunun müəllifi olan təcrübəli futbolçu son zamanlar “Xəzər Lənkəran”ın müdafiə xəttinin kəskin tənqid olunmasına münasibət bildirib: “Özünüz hər şeyi yaxşı görürsünüz. Olur belə şeylər. Bu sadəcə qismətdir.”

Oyunu idarə edən hakimlərlə bağlı da danışan Ramaldanov  oyunda heç bir qərəzli qərar qəbul olunmadığını qeyd edib: “Hakim barədə heç nə demək istəmirəm. İnsanıq, hamının səhvi ola bilər. Düşünürəm ki, hakim heç bir qərəzli qərar qəbul etmədi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right