Dünən doğma meydanında Qarabağa məğlub olan Xəzər Lənkəranın futbolçusu Əfran İsmayılov 3 xal itirməklərinə görə komanda yoldaşlarını günahlandırıb.
Newsport.az-ın məlumatına görə, “Qarabağ" la oyundan sonra jurnalistlə açıqlama verin İsmayılov bunları deyib,"Mən artıq müdafiədəki bərbad oyun haqda danışmaqdan yorulmuşam. Çünki heç nəyin xeyri yoxdur. Hesabda irəli olduğumuz qarşılaşmanı öz səhvlərimizə görə uduzduq. Bu barədə danışmaqdan bezmişəm. Nə qədər gülünc qollar buraxmaq olar! Biz bu oyunla heç nə edə bilməyəcəyik. Söz veriblər ki, fasilədə həmin problemlər həll olunacaq. Yenə də ümidimizi itirmirik. Avropa Liqasında oynamaq istəyirik. Amma, belə getsə buna nail ola bilməyəcəyik."