Bu gün Türkiyəyə yollanan “Qəbələ” 2017/18 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Newsport.az xəbər verir ki, komanda Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb. Toplanışın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.