Newsport.az xəbər verir ki, paytaxt klubu Braziliyanın II Liqasında çıxış edən ABC klubunun hücumameyilli yarımmüdafiəçisi Vitor Junioru heyətinə qatıb. 31 yaşlı futbolçu komandaya azad agent statusu ilə keçib. Məlumata görə, artıq Junior "Neftçi"nin təklifini qəbul edib və ikinci dövrədən komandanın maraqları üçün çalışacaq.
Qeyd edək ki, futbolçu daha öncə, "İnternasional", "Kruzeyro", "Dinamo" (Zaqreb), "Santos", "Korintians" və "Aktobe" kimi komandaların şərəfini qoruyub.