Deyv Bulthuis: "Roman Qriqorçukla çalışa bilməzdim"

"Bəli, artıq "Qəbələ"nin futbolçusu deyiləm. Daha çox oynamaq üçün ayrılıq qərarı verdim".

Newsport.az-ın məlumatına görəbu sözləri "Qəbələ"dən ayrılan Deyv Bulthuis deyib. 

Ötən yay böyük ümidlərlə Almaniyanın "Nürnberq" klubundan transfer olunan Deyv Avropa Liqası matçlarında komandaya kömək etsə də, daxili yarışlarda nadir hallarda meydana çıxdı. Bu da legioner limiti üzündən idi. Nəticədə Bultuis "Qəbələ"də cari mövsümün ilk yarısında cəmi 4 oyun keçirdi.

Sol cinah müdafiəçisiylə yarım il öncə imzalanan 3 illik anlaşma qarşılıqlı razılıqla pozulub. 28 yaşlı futbolçu "Qəbələ"dən ayrılmasının səbəblərini açıqlayıb. O, bunun baş məşqçi Roman Qriqorçkla bağlı olduğunu bildirib: "Kluba gəldiyim ilk günlərdə hər şey yaxşı idi. Amma sonradan hər şey dəyişdi. Mən Roman Qriqorçkla işləyə bilməzdim. Çünki o, problem yaratmağı sevir". 

Hollandiyalı futbolçu yaxın günlərdə "Heerenven" klubu ilə münasibətlərini rəsmiləşdirəcəyini deyib: "Herenveen"lə danışıqlar apardığım doğrudur. Bir nüçə gündən sonra rəsmi müqavilə imzalayacağam. Amma şərtlər barədə heç bir məlumat verə bilmərəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right