"Qəbələ" rəsmən açıqladı

“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırdığını rəsmən bəyan edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2017-ci ilin yayından bu komandada çıxış edən legioner 2017/18 mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub.

“Qəbələ” Endi Hallidey və komandadan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right