1-ci Divizionda çıxış edən "Xəzər" klubu növbəti transferini gerçəkləşdirib.
Newsport.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün birinci yarısını Premyer Liqada "Kəpəz"də keçirmiş 24 yaşlı yarımmüdafiəçi Aydın Qasımovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Xəzər" daha öncə 25 yaşlı yarımmüdafiəçi Tanrıverdi Məhərrəmlini "Səbail"dən icarəyə götürüb.