"Keşlə"nin daha iki rəqibi məlumdur

Hazırlıqlarına Bakıda start verəcək “Keşlə”nin daha 2 rəqibinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi, “Neftçi” (14 yanvar) və “Qaradağ-Lökbatan”dan (19 yanvar) başqa, “Zirə” ilə də qarşılaşacaq. Bu oyun yanvarın 12-də nəzərdə tutulub. Yanvarın 23-də Türkiyəyə yollanacaq “Keşlə” qardaş ölkədə də 3 yoxlama görüşü keçirəcək. Yanvarın 26-da “Rabotniçki” (Makedoniya), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) üz-üzə gələcək. Digər rəqib isə “Karpatı” olacaq. Lakin ukraynalılarla matçın tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Keşlə” Türkiyə toplanışına fevralın 2-də son qoyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right