"Gələcəkdə nələr olacğını zaman göstərəcək" Kiril Petrov

"Neftçi"nin ukraynalı futbolçusu Kiril Petrov son zamanlar dolaşan söhbətlərlə bağlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, adı Türkiyənin I liqa təmsilçisi "Giresunspor"la birgə hallanan ukraynalı müdafiəçi bildirib ki, "keçidimlə bağlı məsələlərlə menecerim Aleksandr Pankov maraqlanır. Onun bu barədə məluumatı daha çoxdu".

 

"Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı oyunçu bu variantın baş tutma ehtimalını istisna etməyib: "Hazırda "Neftçi"yə məxsus futbolçuyam və bu komandanın heyətində toplanışa qatılacam. Gələcəkdə nələr olacğını zaman göstərəcək. "Giresunspor" maraqlı varinatdı və başqa klubların maraq dairəsində olmaq sevindiricidi. Türkiyə Superliqası çox güclü çempionatdı. Düzdü, "Giresunspor" I liqada mübarizə aparır. Ancaq bu komandanın böyük hədəfləri var".

 

Qeyd edək ki, Kirill Petrov bu mövsüm "Neftçi"nin heyətində 13 oyunda iştirak edib, 1 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right