“Kəpəz”in əsas komandasının üç futbolçusu əvəzedici heyətə göndərilib.
Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə yarımmüdafiəçilər Əli Səmədov, Əli Əliyev və hücumçu Fərid Məmmədovun əvəzedici komandaya göndərildiyi qeyd edilib.
Qeyd edək ki, hər üç oyunçunun ara-sıra əsas komandanın hazırlıq proseslərinə və oyunlarına cəlb olunacaqları da vurğulanıb.