Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov yoluna ölkəmizdə davam edəcək. Sofiya klubunun akademiyasından ayrılan 24 yaşlı çalışdırıcının ölkəmizə üz tutduğunu iddia edilir.
Newsport.az xəbər verir ki, bu iddia ilə Bolqar mətbuatı çıxış edib. Fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını “Qarabağ”da davam etdirəcəyi bildirilir. Gənc çalışdırıcı "Qarabağ"da Çudomir Çakarovu əvəzləməlidi.
Belə ki, sonuncu ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etdirəcək. Bu üzdən ona klubda əvəzləyici axtaran “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov seçimini gənc çalışdırıcının üzərində dayandırıb.