"Xəzər Lənkəran"ın sabiq legioneri "Kəpəz"də RƏSMİ

Qış fasiləsində bir neçə oyunçu ilə vidalaşan “Kəpəz” heyətinə iki futbolçu cəlb edir.

Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bir müddətdir danışıq apardıqları Dieqo Souza ilə razılıq əldə olunub. 29 yaşlı  futbolçu yanvarın 8-də Bakıya gələcək. Onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Souza ölkəmizə yad futbolçu deyil. 2008-2011-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş yarımmüdafiəçi daha sonra Bakı “İnter”inə keçmişdi. Onun “Xəzər Lənkəran”a 2-ci qayıdışı isə 2015-ci ilin yayında, məhz Yunis Hüseynovun cənub klubuna baş məşqçi təyin olunduğu dövrə təsadüf edir. Souza 2015-2016 mövsümündə isə "Zirə"də çıxış edib.

"Kəpəz"in digər transferi isə Tərzin Cahangirovdur. Son klubu "Neftçi" olan yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə imzalanacaq.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right