"Yenidən Azərbaycan millisinin formasını geyinmək istəyirəm" Ozancan Kökçü

Türkiyənin "Bursaspor" komandasının yarımmüdafiəçisi Ozancan Kökçü Azərbaycanın gənclərdən ibarət milli futbol komandasına dönməyə hazır olduğunu bildirib.
- Artıq Hollandiyanın "Valveik" klubuna qoşuldunuz?
- "Bursaspor", mənə mövsümün sonuna qədər Hollandiyanın "Valveik" klubunda oynamağa icazə verdiyindən sevindim. Sabah bu komanda ilə ilk məşqimə çıxacam. Klubun əsas heyyətində oynamağa çalışacam və yalnız "Bursaspor"a deyil, həm də Azərbaycan milli komandasına qayıtmaq istəyirəm.
- Azərbaycan gənclər komandasında oynamaqdan imtina etmisiniz ...
- İndi əsəblərim sakitləşib və yenidən Azərbaycan millisinin formasını geyinmək istəyirəm. Bunun üçün həmişə qürur duymuşam. Bir sıra məğlubiyyətlərdən sonra mən ümidsizliyə belə bir addım atdım. Bu hərəkətimə görə çox peşmanam. O vaxt böyük təzyiq altında qalmışdım.
- Bu vəziyyət yenidən baş verə bilərmi?
- Mən gəncəm, bəzən də duyğularım yanlış qərarlara gətirib çıxara bilər. Mən bunu etiraf edirəm. Mən Azərbaycanı sevirəm və onu təmsil etmək istəyirəm. Baş məşqçi dəvət edərsə, komandaya kömək etməyə hazıram. Yenidən bir şans qazanmaq üçün özümü təsdiq etməyə çalışacam.
- Yeni məşqçilər UEFA EURO 2019 seçmə turunun 5-ci qrupunda bir sıra məğlubiyyətlərdən sonra vəziyyəti dəyişə biləcəkmi?
- Hesab edirəm ki, vəziyyətin yaxşılaşdırılması üçün şans var. Yeni məşqçi, yeni fikirlərdir. Rəşad Sadıxov Azərbaycan futbolunda böyük bir addır və onun komandasında olmaq istəyirəm.
 
Azerisport.com




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right