Arif Əsədov: "Komanda ikinci hissəyə arxayın çıxmışdı"

“İki fərqli hissə izlədik. Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 17-ci turunda "İnter"ə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Uduzsaq da, irəliyə baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right