"Qəbələ" ilk transferini gerçəkləşdirib Foto

“Qəbələ” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” "Zirə"dən Təmkin Xəlilzadəni transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb. Nəzərinizə çatdıraq ki, Təmkin indiyədək "Qarabağ", AZAL və "Zirə"nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki dəfə də qol ötürməsi edib.

Qeyd edək ki, "Qəbələ" Roman Hüseynov ("Kəpəz"ə icarəyə), Aqil Məmmədov ("Neftçi"), Ekiqo Ehiosun, və Tellur Mütəllimovla ("Zirə") yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right