"Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike mövsümün sonuna kimi Ağdam klubunda qalacaq.
Newsport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb."Qarabağ"ın futbolçunu qışda geri qaytaracağı xəbərləri dolaşsa da, bu şayiələr öz təsdiqini tapmayıb. Braziliyalı oyunçu müqaviləsinin sonuna qədər "Qarabağ"da qalacaq.
Qeyd edək ki, "Qarabağ" 27 yaşlı futbolçunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.