"Qarabağ" "Olimpiakos"dan 1 illik icarəyə götürdüyü Tarik Elyunissini geri qaytarmaq fikrindədir.
Newsport.az saytı xəbər verir ki, bu iddia ilə Yunanıstan mətbuatı çıxış edib. Yazıda qeyd olunub ki, "Qarabağ" zədə səbəbindən bir çox oyunu qaçıran futbolçu ilə yolları ayırmağı düşünür. Məlumatda o da bildirilir ki, Olimpiakos da norveçli vingerin xidmətində maraqlı deyil. Yunanıstan klubu Mərakeş əsilli yarımmüdafiəçini icarəyə verməyi və yaxud da birdəfəlik satmağı planlaşdırır.
Qeyd edək ki, 29 yaşlı futbolçu mövsümün ortasından "Qarabağ"da çıxış edir.