Vaqif Cavadov karyerasını "Keşlə"də davam etdirəcək.
Newsport.az xəbər verir ki, qəsəbə təmsilçiləri artıq futbolçu ilə ilkin razılığa gəliblər. Bu haqda klubun mətbuat xidməti bildirib. Edilən açıqlamaya görə müqavilə müddəti 6 ay olacaq. Futbolçu mövsümün sonuna qədər özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqavilə müddəti uzadılacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçunun keçidi yaxın vaxtlarda ictimaiyyətə elan olunacaq. (Korner.az)