"Karabükspor"un futbolçusu Azərbaycan klubunun hədəfində

“Karabükspor”un futbolçusu Kristian Tanase qış fasiləsində Azərbaycan klublarından birinə keçə bilər.

 

Newsport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə təmsilçisində işləri yaxşı getməyən futbolçu bir neçə təklif alıb. Bunlardan biri də Azərbaycandandır.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin maaşı 50 min avro civarındadır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right