"Qırmızı-qaralar" 10 cavabsız qolla qələbə qazanıblar

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar.

Newsport.az xəbər verir ki, U-17 ilin son oyununda “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. 16 matçda 44 xal yığan komanda qış fasiləsinə 1-ci yerdə yollanıb.

U-16 Liqasında isə “qırmızı-qaralar” “Turan”la səfər oyununda 3 xal qazanıb – 2:1. 14 oyundan sonra 34 xala malik “Qəbələ” ili zirvədə başa vurub.

U-15 də 2017-ci ili qələbəylə bitirib. “Qəbələ” evdə “Səbail”in qapısından 3 cavabsız top keçirib. 13 matçda 37 xal toplayan “qırmızı-qaralar” qış çempionu olublar.

Paytaxt zonasında çıxış edən U-14 “Xəzri”dən güclü olub – 10:0. 14 oyundan sonra 38 xala malik komanda 1-ci pillədə qərarlaşıb.

Eyni zonada mübarizə aparan U-13 “Neftçi” ilə heç-heçə edib – 2:2. 13 matçda 34 xal toplayan “Qəbələ” 1-ci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right