"Kəpəz" "Qəbələ"nin futbolçusunu heyətinə qatdı

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Newsport.az-ın məlumatına görə, transfer fəaliyyətini davam etdirən Gəncə təmsilçisi "Qəbələ"nin yarımmüdafiəçisi Roman Hüseynovu sıralarına qatıb. 1997-ci il təvəllüdlü futbolçu Nizami yurdunu təmsil edən komandada mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Kəpəz" daha öncə Samir Zərgərov ("Keşlə") və Murad Səttarlını ("Zirə") transfer edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right