"Buna nə dərəcədə nail olacağıq, bilmirəm" Yunis Hüseynov

"Kəpəz" qış fasiləsinə sonuncu pillədə yollandı. Komanda 3 legioner oyunçusu - Samba Diallo, Ba Mansur Aladji və Viktor Oseqeyllə yolları ayırdı. Əvəzində isə "sarı-göylər"ə "Keşlə"dən Samir Zərgərov, "Zirə"dən isə Murad Səttarlı qoşuldu.

 

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Yunis Hüseynov transfer fəaliyyətlərindən danışıb:

 

"Axtarışdayıq. Yerli futbolçularla maraqlanırıq. Amma hazırda heç nə deyə bilmərəm. Oyunçuların hamısının müqaviləsi var. Bu səbəbdən transferlərdə çətinlik çəkirik. Çalışacağıq ki, yerli oyunçu transfer edək. Gedənlər də olacaq. Bunu da tezliklə açıqlayacağıq. Bir neçə futbolçuyla yolları ayırmağı düşünürük. Tezliklə gedənlərin adları açıqlanacaq. Komandaya legioner də götürmək istəyirik. Hazırda seçim edirik. Qışda istənilən legioner oyunçu tapmaq da çətindir. Nə dərəcədə buna nail olacağıq, bilmirəm".

 

"Kəpəz" "Keşlə"dən Orxan Sadıqlını transfer etmək istəsə də, bu keçid son anda baş tutmadı. Mütəxəssis bildirib ki, xaricdən komandaya qapıçı dəvət oluna bilər:

 

"Yəqin ki, əcnəbi qolkiper heyətə qatacağıq. Amma bu, tam dəqiq deyil. Bir neçə qapıçıya baxırıq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right