Birinci Divizion təmsilçisi "Xəzər"in ev oyunlarını keçirəcəyi stadion dəyişib.
Newsport.az-ın məlumatına görə, daim uşaq futbolunun inkişafına diqqəti ilə seçilən "Əlincə" klubu Masazırda yerləşən bazasını paytaxt təmsilçisinin ixtiyarına verib. "Xəzər" ikinci dövrənin ev oyunlarını "Əlincə Arena"da keçirəcək.
Qeyd edək ki, təbii örtüklü olan “Əlincə Arena” 13 min azarkeş tutumuna malikdi.
Sportlife.az