"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak yayda əməliyyat olunacaq.

 

Newsport.az xəbər verir ki, bu haqda Jezniçak Polşa mətbuatına açıqlamasında məlumat verib. Müdafiəçi bildirib ki, həm burnundan, həm də barmağından əməliyyat olunacaq. Əməliyyat əvvəlcə qış fasiləsində nəzərdə tutulsa da, Jezniçak bunu yaya qədər təxirə salıb.

 

Qeyd edək ki, Jezniçak yayda Polşanın "Legiya" (Varşava) klubundan "Qarabağ"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right