"Qəbələ" daha bir oyunçu ilə yollarını ayırır?

Azərbaycan Premyer Liqasında qış fasiləsinə ikinci pillədə yollanan "Qəbələ" heyətində islahatlar aparır.

 

Newsport.az xəbər verir ki, nigeriyalı Ekiqo Ehiosunla yollarını ayıran "qırmızı-qaralar"ın sıralarını daha bir neçə futbolçunun tərk edəcəyi gözlənilir. Əyalət klubundan ayrılacağı gözlənilən futbolçulardan biri də Endi Hallideydi. Ancaq 26 yaşlı yarımmüdafiəçi komandadan ayrılmayacaq. Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən futbolçunun mövsümün sonuna qədər "Qəbələ"də qalacağı dəqiqləşib. Qlazqo təmsilçisinin baş məşqçisi Qrim Mertin Hallideyin dönməsinə ehtiyac duymayıb.

 

Qeyd edək ki, Hallidey bu mövsüm "qırmızı-qaralar"da 8 oyunda forma geyinib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right