Qış fasiləsinin fəal komandalarından olan “Keşlə” daha bir keçidi reallaşdırıb
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev gözlənildiyi kimi, paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.
Qeyd edk ki, baş məşqçi postuna Yuri Maksimovu gətirən və ardından “Neftçi”dən Məqsəd İsayevi transfer edən “Keşlə”nin Çexiya klubu “Mlada”dan ayrılan Ağayevlə anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulub.