Prosineçki: Biz Berti Foqtsdan daha yaxşı olacağıq!

Azərbaycan Milli Komandasının baş məşqiçisi Roberto Prosineçki Milli Komandamızla bağlı mətbuata açıqlamalar verib.

Newsport.az xəbər verir ki, Prosineçki bunları deyib: "Milli komandanı tamamilə gəncləşdirəcəyimə söz verməmişəm. Yaşından aslı olmayaraq yığma komandaya kömək edə biləcək hər bir futbolçu  millidə oynamaq şansı əldə edəcək. Dəvət edəcəyim oyunçunun yaşından çəkinmirəm. 17-18 yaşında hansısa bir futbolçunun bacarığını görsəm, onu millidə oynatmaqdan qorxmaram. Əsas olan həmin futbolçunun yaxşı formada olmasıdır".

Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komandanın yaxşı oyun nümayiş etdirməsi üçün zamana ehtiyacı var:

"Məni tanıyan bilir ki, çox optimist insanam. Hamıdan qabaq  özüm istəyirəm ki, milli komanda ilə gözəl futbol nümayiş etdirək. Ancaq bizə zaman lazımdır. Qısa vaxtda çox şey etmək olmaz. İlk növbədə istərdim ki, oyunçularım özlərinə inanıb futbol oynasınlar. Bütün bunları edə bilsək, nəticələrimiz də yaxşı olacaq".

R.Prosineçki onu da deyib ki, millidə Berti Foqtsdan yaxşı işlər görməyə çalışacaq:

"Köməkçilərimlə birlikdə əlimizdən gələni edəcəyik ki, Azərbaycanın futbol gələcəyi yaxşı olsun. Bu futboldur, nə olacağını bilmək olmaz.  Amma  inanıram ki, biz Berti Foqtsdan daha yaxşı olacağıq."

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right