"Neftçi"nin futbolçusu bağışlandı

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov bir müddət öncə əvəzedici komandaya göndərilən Elnur Cəfərovu bağışlayıb.

Newsport.az xəbər verir ki, Bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. Klub rəsmisi transferə çıxarılacağı gözlənilən gənc hücumçunun komandada qalacağını bildirib.

U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkələrdə paylaşdığı şəkillər və azarkeşlə mübahisəsi Cəfərovun əvəzedici komandaya göndərilməsi ilə nəticələnmişdi. Tərlan Əhmədov klubun daxili nizam-intizam qaydalarına əməl etməyən futbolçunun böyük ehtimalla “Neftçi”dən göndəriləcəyini söyləmişdi.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right