Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qəzaya düşüb.
Newsport.az xəbər verir ki, Bu gün Azərbaycan Permyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Bakı" - AZAL matçını izləməyə gedərkən Biləcəridə xoşagəlməz hadisə ilə üzləşib.
AFFA-dan da bu məlumatı təsdiqlədilər.
Xoşbəxtlikdən, 45 yaşlı çalışdırıcının olduğu avtomobilə ciddi ziyan dəyməyib. Xorvatiyalı gec də olsa, özünü oyuna yetirib.