Newsport.az-ın məlumatına görə, bakılılar bu dəfə Samir Zərgərovla vidalaşıb.
Yarımmüdafiəçinin artıq yeni iş yeri də bəllidi. O, karyerasını “Kəpəz”də davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl də 2010/11 mövsümündə “Kəpəz”in şərəfini qorumuş Zərgərov bundan başqa “Ədliyyə”, “Qəbələ”, “Standart”, “Simurq“da da çıxış edib.