Millimizin Fransa ilə qarşılaşacaq

19 yaşadək qızlar arasında Avropa çempionatının elit mərhələsinin təqvimi müəyyənləşib.

Newsport.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparacaq Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub. Komandamız ilk oyununu gələn il aprelin 4-də Fransaya qarşı keçirəcək. Millimiz həmin ayın 7-də Belçika, 10-da isə Finlandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 3-cü qrupun qarşılaşmaları Finlandiyada baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right