"Kəpəz"in Türkiyədəki rəqibləri məlumdur

“Kəpəz” Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Gəncə klubunun rəqiblərindən 3-ü artıq məlumdur. Klub yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “sarı-göylər” gələn ilin yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right