Ukraynanın “ua-futbol” saytı yerli çempionatın səviyyəsini artıra biləcək futbolçular barədə yazı hazırlayıb.
Newsport.az xəbər verir ki, yazıda Azərbaycan millisinin üç üzvünün - Qara Qarayev, Ruslan Qurbanov və Tellur Mütəllimovun da adı qeyd olunub.
Həmkarlarımız Ukrayna çempionatının səviyyəsinin aşağı düşdüyünü və çıxış yolu kimi MDB ölkələrindən olan perspektivli oyunçuları cəlb etmək olduğunu bildiriblər. Yazıda qeyd olunub ki, Estoniya, Ermənistan, Gürcüstan, Litva kimi postsovet ölkələrinin çempionatları Ukraynanın aşağı liqa səviyyəsindədi, amma Azərbaycan bu baxımdan fərqlənir. Müəllif daha sonra son illər "Qarabağ" və "Qəbələ"nin avrokuboklarda qazandığı uğurları misal çəkib.
Daha sonra yazıda Ukrayna çempionatında yüksək səviyyədə çıxış edə biləcək azərbaycanlı oyunçuların adları qeyd olunub. Məqalənin müəllifi Qara Qarayev, Ruslan Qurbanov və Tellur Mütəllimovun ortabab klublarla yanaşı, "Şaxtyor" və "Dinamo" kimi güclü komandaların da diqqətini çəkə biləcəyinə inandığını yazıb. (komanda.az)