"Zirə" İran təmsilçisini məğlub etdi

“Zirə” PFK-nın 12 yaşlıları növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, "qartallar" İranın Şiraz vilayətinin “Hafez” klubundan olan həmyaşdıları ilə qarşılaşıb. Aviasiya akademiyasının stadionunda keçirilən görüş "Zirə"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bundan başqa, qəsəbə klubunun 13 yaşlıları da “Hafez”in u-13 komandası ilə qarşılaşıb. Bu matç da “Zirə”nin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb. 

Xatırladaq ki, tərəflərin u-12 komandalarının bir neçə gün əvvəl keçirilən görüşü də “Zirə”nin qələbəsi ilə başa çatmışdı – 2:1.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right