"Zirə"nin rəqiblərinin adına aydınlıq gəlib

“Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, Ayxan Abbasovun komandası yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, 30-da isə Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard” klubları ilə qarşılaşacaq.

 

"Qartallar" daha bir yoxlama matçını isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında isə qarşıdakı günlərdə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right