Gəncənin "Kəpəz" klubu üç futbolçusuna qapını göstərib.
Newsport.az xəbər verir ki, mövsümün ilk yarısını gözləntiləri doğrultmayan komanda, qış fasiləsindən maksimum yayarlanmağa çalışır. Belə ki, Yunis Hüseynov ilk yarıda özünü yaxşı tərəfdən göstərməyən oyunçuları komandadan göndərmək qərarına gəlib. Bunlar yarımmüdafiəçilər Samba Diallo, Mansur Aladji və hücumçu Viktor Oseqeyldir.
Qeyd edək ki, ilk yarıdan sonra "Kəpəz" turnir cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşır.