Göygöl rayonunda "Açıq Əyləncəli Futbol Məktəbi" Fotolar

Göygöl rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
 
Newsport.az xəbər verir ki, AFFA və Göygöl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova,  Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Təhsil şöbəsinin müdirinin müavini Salman Balakişiyev, Göygöl Olimpiya İdman Kompleksinin direktoru Sahib Rzayev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
 
Çıxış edənlər qeyd ediblər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Ölkədə idmanın müstəqillik illərində yüksək inkişaf yolu keçdiyini və hal-hazırda Azərbaycanın dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilməkdə olduğunu qeyd edən natiqlər qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Sonda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
 
 
 
 
 
 
 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right