Vitali Vernidub: “Fikrimiz “Qarabağ”a çatmaqdır”

“Qəbələ”nin ukraynalı müdafiəçisi Vitali Vernidub ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az saytı həmin müsahibəni təqdim edir:

- Azərbaycan çempionatında dövrələr arasında fasilə çoxdur?

- İstirahət də daxil olmaqla iki aydan azdır. Yaxşı hazırlıq lazımsa, qısa olmalıdır. Yadımdadır ki, Ukraynada 3 təlim-məşq toplanışı keçəcəyik. "Qəbələ" ilə 2 hazırlıq keçəcəyik. Təlim-məşq toplanışları arasında ailələrimizi də Antalyaya apara bilərik. 

- Müqaviləniz nə zaman bitir?

- Mövsümün sonunda. 

- Gələcək barədə düşünmüsnüz?

- Xeyr. İndi bütün fikirlərimiz çempionatda "Qarabağ"a çatmaqdan və Azərbaycan kubokunda qalib gəlməkdə ibarətdir. "Qəbələ" artıq kubokun yarımfinalındadır. 

- Ukraynaya qayıtmaq istəmirsiz?

- Uzun müddət xaricdə qalmaq çətindir. Ümid edirəm ki, bir müddət sonra qayıdacağam və evdə oynayacağam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right