"Səbail"in rəqibləri müəyyənləşib

Debütant "Səbail"in Türkiyədə yoxlama görüşündə qarşılaşacağı komandaların adlarına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, "aslanlar" yanvarın 26-da Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə qarşılaşacaq. Xatırladaq ki, Türkiyədə ümumilikdə 4 yoxlama matçı keçirəcək "Səbail" klubunun digər rəqbilərinin adına yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki, hazırda istirahətdə olan komanda, yanvarın 3-də Bakıda bir araya gələcək. Klub yanvarın 20-də səfərə çıxmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right