“Zirə”nin qış təlim-məşq toplanışında ilk yoxlama oyunu üçün rəqibi artıq bəllidir.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçiləri yanvarın 19-da "Keşlə”ni sınağa çəkəcəklər. Daha sonra bir günlük istirahətin ardından, komanda yanvarın 21-də Türkiyəyə yollanacaq.
Qeyd edək ki, görüşün keçiriləcəyi vaxt açıqlanmayıb.